Naxçıvanda 17 nəfər niyə zəhərləndi? - Dəhşətli hadisənin detalları üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində kütləvi qida zəhərlənməsi faktı qeydə alınıb.
Heydər Əliyev prospektində yerləşən dönərxanaların birində 17 nəfər dönərdən zəhərlənib. Onlar Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Mərkəzdən bildirilib ki, daxil olarkən pasiyentlərin əksəriyyətinin vəziyyəti orta-ağır, ikisinin isə daha ağır olub.
“Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri, 5 nəfər bir, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olublar. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir", – deyə məlumatda deyilir. Qeyd edək ki, bu, eyni iaşə obyektində 20 gün ərzində baş verən analoji ikinci hadisədir.
#Qida zəhərlənməsi teqi istifadə olunub
- İsmayıllıda baş verən zəhərlənmənin səbəbi nədir? - Baku TV CANLI
- İsmayıllıda kütləvi zəhərlənmə | AQTA araşdırmaya başladı - Baku TV
- "Qarayara xəstəliyi" diaqnozu təsdiqləndi | Xəstəxanaya müraciət edənlərin sayı artır - Baku TV
- Yayın əvəzolunmaz qidaları həyatımız üçün təhlükə yaradır? | Həkimdən xəbərdarlıq - Baku TV
- "Zəng etdilər ki, uşaqlarınız..." | Şagirdlər məktəbdə dəhşətli hadisə ilə üzləşdi - Baku TV
