Pleyeri seçin:

Yayın əvəzolunmaz qidaları həyatımız üçün təhlükə yaradır? | Həkimdən xəbərdarlıq - Baku TV

20 iyul 2026 232 baxış

Son günlər qida zəhərlənməsi şikayəti ilə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. Vətəndaşların bəziləri mövsümi meyvələrdən, digərləri isə restoranlarda təqdim edilən yeməklərdən sonra səhhətlərində problem yarandığını bildirirlər.

Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı zəhərlənmə yaşayan vətəndaşlardan biri xəstəxanada ona sistem köçürüldüyünü və müvafiq analizlərin götürüldüyünü deyib:

“Restoranda yemək yemişdim. Xəstəxanada sistem qoşdular, analiz götürdülər və zəhərləndiyimi bildirdilər. Təcili yardım şöbəsində eyni şikayətlə müraciət edən daha dörd-beş nəfər var idi”.

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədovanın sözlərinə görə, qida zəhərlənməsi halları azyaşlılar üçün daha təhlükəlidir. Xüsusilə isti hava şəraitində açıq havada saxlanılan ət, mayonezli məhsullar və tərəvəzlər sanitar-gigiyenik qaydalara əməl olunmadıqda zəhərlənməyə səbəb ola bilər.

Həkim yay aylarında dönər, konservləşdirilmiş və hisə verilmiş məhsullar, kolbasa və sosiska kimi qidaların qəbuluna diqqətlə yanaşmağı tövsiyə edib. Torpaqla təmasda olan çiyələk, qarpız və yemiş kimi meyvələrin isə istifadə edilməzdən əvvəl dəfələrlə yuyulmasının vacib olduğu bildirilib.

Mütəxəssislər bildirirlər ki, qida qəbulundan bir-üç saat sonra ürəkbulanma, təkrarlanan qusma, qarında sancı, yüksək hərarət, ishal, halsızlıq və başgicəllənmə yaranarsa, bunlar qida zəhərlənməsinin ilkin əlamətləri ola bilər.

Zəhərlənmə əlamətləri göbələk, konservləşdirilmiş məhsullar və ya mənşəyi məlum olmayan qidaların qəbulundan sonra başlayarsa, dərhal həkimə müraciət etmək lazımdır. 

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 232 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 232 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 232 baxış
Seçilmişlər
icon