Nizami rayonunda “Yeni təkər bazarı”nda yanğın | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Yeni təkər bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200 kvadratmetr olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90 kv.m. sahədə, ümumi sahəsi 5 kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0,1 kubmetr taxta altlıq yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.
#Nizami rayonu teqi istifadə olunub
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
