Nübar qəsəbəsində evdə dəhşətli partlayış | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda yaşayış evində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
