Pleyeri seçin:
Oğuz və Gədəbəydə qandonduran ailə faciəsi | Oğul atasının canına qıydı
Oğuz rayonunda 47 yaşlı Zahirə Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Hadisə Calud kəndindəki fermada baş verib.
Qətli törətməkdə onun 15 yaşlı oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaxınların sözlərinə görə, bu vaxta qədər ailədə hər hansı bir mübahisəyə şahidlik etməyiblər.
Daha bir qətl hadisəsi Gədəbəy rayonunun Slavyanka kəndində qeydə alınıb.
Kənd sakini Rəşad İlyasov yaşadığı evdə bıçaqlanıb. 37 yaşlı kişi aldığı ağır bıçaq xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Məlumata görə, Rəşad İlyasov atası 59 yaşlı İlqar İlyasov tərəfindən bıçaqlanaraq öldürülüb. İ.İlyasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Kopyalandı
#Qətl hadisəsi teqi istifadə olunub
- "12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV
- Ata və qızı kürəkəni qətlə yetirdi? | Məhkəmədə hökm oxundu - ANA XƏBƏR
- Anbaan video: 13 il əvvəlki Vüsal Şilder qətli üzrə məhkəmə başladı - Baku TV
- 13 il öncə törədilən qətlin detalları | Vüsal Şilderi öldürməkdə təqsirləndirilən Xəyalın məhkəməsi
- Oğul anasını 5 bıçaqla qətlə yetirdi? - “Tez-tez vururdu, içəridən səs gəldi ki...” - Baku TV
