Pleyeri seçin:

Övladlarının gözünün önündə etmədiyi qalmadı | Bakıdakı qətlin detalları

10 may 2024 160 baxış

2023-cü il avqustun 5-də Xutor qəsəbəsində törədilən qətllə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

Məlum olub ki, kirayədə yaşadığı evdə meyiti tapılan Tacirə Salmanova qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Teymur Məmmədov tərəfindən öldürülüb.

Cinayət faktı Nərimanov Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Teymur hadisədən 14 gün əvvəl həbsxanadan şərti azadlığa buraxılsa da, islah olunmayıb.

Tacirənin anası Qənirə Salmanova ifadəsində göstərib ki, qızını 14 yaşında ikən Bayram adlı uzaq qohumlarına ərə verib. Həmin nikahdan iki qız uşağı dünyaya gəlib. Sonradan Bayram işləmək üçün xarici ölkəyə gedib və geri qayıtmayıb. Tacirə isə 18 yaşı olanda bibisi oğlu Teymur Məmmədova qoşularaq qaçıb və onunla qeyri-rəsmi münasibətdə yaşayıb. Birinci ərindən olan övladlarını bacısının himayəsinə verib. İkinci evlilikdən isə 4 uşağı doğulub.

Bakıda Teymurla birgə kirayədə yaşayan Tacirə ayrı-ayrı evlərdə xadiməlik edib. Narkotik vasitələrə qurşanan Teymurun işləməməsi və mütəmadi olaraq ondan pul istəməsi aralarında tez-tez mübahisələrin yaranmasına səbəb olub. Bu faktı cütlüyün azyaşlı övladları da təsdiqləyib. Elə sonuncu mübahisə də pul üstündə yaranıb.

Belə ki, Tacirədən istədiyi məbləğdə pul ala bilməyən Teymur onu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Bu zaman onların azyaşlı övladları da evdə olub. Hətta gördüklərindən dəhşətə gələn uşaqlar qorxudan çarpayının altında gizləniblər. Yalnız ailənin böyük qızı kömək üçün küçəyə qaçıb. Teymur isə hadisə yerindən qaçıb və ertəsi gün könüllü polisə təslim olub.

Məhkəmədə ifadə verən Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib və arvadını xəyanətə görə öldürdüyünü deyib. Ancaq məhkəmə belə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov təhrif edilmiş məlumatlar verməklə qanunsuz əməllərinə haqq qazandırmağa və məsuliyyətini yüngülləşdirməyə çalışıb. Belə ki, o, qətlin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib. Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi cinayət materialları ilə də təkzib olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub və Teymur Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV

Hadisə
18 oktyabr 2026 160 baxış
Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV

Hadisə
18 oktyabr 2026 160 baxış
FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı

FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı

Hadisə
18 oktyabr 2026 160 baxış
Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 160 baxış
Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI

Hadisə
17 oktyabr 2026 160 baxış
"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

"Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV

Hadisə
17 oktyabr 2026 160 baxış
Bakıda əcnəbinin qətli ilə bağlı məhkəməyə materiallar təqdim olunub - Baku TV

Bakıda əcnəbinin qətli ilə bağlı məhkəməyə materiallar təqdim olunub - Baku TV

Hadisə
17 oktyabr 2026 160 baxış
İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV

İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV

Hadisə
17 oktyabr 2026 160 baxış
İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI

İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 160 baxış
Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI

Azərbaycanda axtarışa verilən Anar Abbasov Rusiyada saxlanılıb - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 160 baxış
Seçilmişlər
icon