Özünü təhlükəyə atdı, faciənin qarşısını aldı | Yanacaqdoldurma məntəqəsində qorxulu anlar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 25-də Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində avtomobil yanıb.
Hadisə zamanı şəhər sakini Cavid Atakişiyev öz həyatını təhlükəyə ataraq özünə məxsus avtomobillə alovlanan maşını geriyə itələyib və onu yanacaqdoldurma məntəqəsindən uzaqlaşdırıb. Bununla da daha böyük təhlükənin və mümkün partlayışın qarşısının alınmasına kömək edib.
Cavid Atakişiyev hadisə anını belə xatırlayıb:
“Maşını çəkdim qırağa. Burada bizim bir qohum var, onunla oturub çay içirdik. Bu zaman partlayış baş verdi. Çevrilib gördüm ki, maşını alov tutub. Alovdan avtomobilə yaxın durmaq mümkün deyildi. Onda ağlıma gəldi ki, bunu yalnız öz maşınımın arxasından vurub çıxara bilərəm ki, yanacaqdoldurma məntəqəsinə çox zərər dəyməsin. Anidən qərar verdim və bu addımı atdım. Həm böyük zərərin qarşısını almaq, həm də burada çox sayda insan olduğu üçün onları düşünərək belə etdim”.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
