Pilləkənlərlə avtomobil idarə edən sürücü həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü barəsində ciddi tədbir görülüb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü Rəsul Novruzov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 10 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sürücü Rəsul Novruzov avtomobili piyadaların olduğu pilləkənlərlə idarə edib və daha sonra avtomobil yoluna çıxıb. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə də paylaşılıb.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
