Pleyeri seçin:

Polisdən böyük əməliyyat: silahlı şəxslər və oğrular saxlanıldı

08 iyul 2023 116 baxış

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gündə Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələri və digər ərazilərdə cinayətlərin qarşısının alınması, eləcə də qeydə alınan müxtəlif hüquqpozmalara qarşı təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında qəsəbə ərazisində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub.

Belə ki, Bölməyə Abşeron rayon sakini Tural Məmmədovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıb. Üzərinə baxış zamanı Tural Məmmədovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron və həmin silaha aid daraq aşkar edilərək götürülüb. Tural Məmmədov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Rail Quliyev saxlanılıb. Onun evlərdən, pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Rail Quliyev ifadəsində Abşeron rayonu ilə yanaşı, paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini deyib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə üzərində odlu silah gəzdirən Emin Əliyev və narkotik maddələrin satışını təşkil edən Rauf Mikayılov saxlanılıblar. Emin Əliyevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd sandıqça, Rauf Mikayılovdan isə onlayn yolla əldə etdiyi çəkisi 2 kiloqram olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə Xırdalan şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri – Elşən Əsədov və Ayxan Aslanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 3 kiloqram heroin və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, Elşən Əsədov və Ayxan Aslanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Abşeron rayonu ilə yanaşı, paytaxt və Sumqayıt şəhərində 50-dən artıq velosiped və skuter oğurlayan əvvəllər məhkum olunmuş Murad Qubadov saxlanılıb. Onun iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan velosiped və skuterləri oğurlayaraq satdığı müəyyən edilib.

Saxlanılan şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Banner
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 116 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 116 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 116 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 116 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 116 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 116 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 116 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 116 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 116 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 116 baxış
Seçilmişlər
icon