Pleyeri seçin:

Polislə vətəndaşlar arasında insident

18 fevral 2023 179 baxış

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ucar rayonunun Qaracallı kənd sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülər barədə məlumat yayıb.

DİN-dən verilən məlumatda qeyd olunan görüntülərlə bağlı bildirilib ki, fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər:

"Polis əməkdaşları onlara təhkim olunmuş bort kompüter vasitəsilə nəqliyyat vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən ediblər. Sürücü, rayonun Qaracallı kənd sakini Coşqun Mahmudovdan müvafiq sənədlərini təqdim etməyi tələb edən zaman isə C.Mahmudov buna etiraz edərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb və həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana gedib. Onun yaşadığı yer şöbə əməkdaşları tərəfindən müəyyən edilib və o, törətdiyi əməllə bağlı araşdırma aparılması üçün polis şöbəsinə dəvət olunub. Bu zaman C.Mahmudov və ailə üzvləri kənd ərazisində səs-küy salmaqla buna mane olmağa çalışıblar, polisin qanuni tələblərinə tabe olmayıblar. Daha sonra həmin əraziyə Ucar RPŞ-nin PPX bölüyünün əməkdaşları dəvət olunub və C.Mahmudov saxlanılaraq polis şöbəsinə gətirilib”.

Qeyd olunub ki, onun barəsində toplanmış materiallar bu gün hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 179 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 179 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 179 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 179 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 179 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 179 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 179 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 179 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 179 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 179 baxış
Seçilmişlər
icon