Pula görə arvadını... | Həyat yoldaşının "şot"una yaşayan kişinin sonu necə oldu? - SONUNCU ŞAHİD
Yeniliklərdən dərhal xəbərdar olun
“Sonuncu şahid”in budəfəki buraxılışı qadının ərini qətlə yetirməsinin təfərrüatları əsasında çəkilib.
Belə ki, Həsən Cəbrayılov (şərti ad və soyad) və Pərvanə Zamanova (şərti ad və soyad) yeni ailə qurmuşdular və xoşbəxt idilər. Həsən hər gün Pərvanəni işə yola salandan sonra boş vaxtını ev işləri görməklə keçirirdi.
Günlərin birində Həsən həyat yoldaşı ilə parkda gəzişərkən köhnə sinif yoldaşı Rizvan Şükürovu (şərti ad və soyad) görür. Rizvan Həsəni kafelərdən birinə çağırır. Onlar görüşür, söhbət əsnasında spirtli içki qəbul edirlər.
Növbəti günlərdə artıq içkiyə aludə olan Həsən Pərvanənin çantasından pul götürərək yenidən kafeyə gedir, Rizvanla yeyib-içir. O qədər sərxoş olur ki, hara gedəcəyini bilmir və parkdakı skamyada yatır.
Evə qayıdanda isə Pərvanə ilə aralarında mübahisə başlayır. “Mən içəcəyəm, sən də bədənini sat, pul qazan”, − deyən Həsənin bu sözlərinə Pərvanə dözmür, masanın üzərindəki bıçağı götürərək ona ard-arda zərbələr endirir. Aldığı xəsarətlər nəticəsində Həsən dünyasını dəyişir.
#Qətl hadisəsi teqi istifadə olunub
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI
- "O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
