Pleyeri seçin:

Qaça-qaça gəlib dedilər ki... | Tovuzda şagirdlərin zəhərlənməsinin təfərrüatları

19 dekabr 2024 498 baxış

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində tüstülənmədən zəhərlənmənin təfərrüatı məlum olub.

Məktəbin şagirdi Rəbiyə Əhmədova Baku TV-yə açıqlamasında bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:

“Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinifimizdə tüstü yox idi. 3 sinifdən tüstü çıxandan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi”.

Baş vermiş hadisə ilə bağlı danışan valideyn Şahlar Quliyev isə bildirib ki, zəhərlənən şagirdlərdən bəzilərin vəziyyəti yaxşı deyil:

“Övladım qaça-qaça gəlib dedi ki, soba partlayıb, uşaqlar tüstüdən zəhərlənib. Yaxınlıqda yaşayırıq. Gələndə gördüm ki, təcili tibbi yardım maşınları məktəbdədir. Valideynlərdən bir neçəsi ilə əlaqə saxlamışam. Deyirlər ki, uşaqların vəziyyəti qənaətbəxş deyil”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar, səhhətləri normaldır.

Kopyalandı
Banner
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 498 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 498 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 498 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 498 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 498 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 498 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 498 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 498 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 498 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 498 baxış
Seçilmişlər
icon