Pleyeri seçin:

Qız uşaqları onun dərsində ağlayır | Suraxanıdakı məktəbdə nə baş verib?

15 aprel 2025 519 baxış

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia olunur.

Deyilənlərə görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, psixoloji təzyiqlər göstərir.

“Dərsi başa düşmədim, o da saçımı yoldu. Axır-əvvəl başa düşəndə saçımı buraxdı”, ‒ deyə məktəbli bildirib.

Məsələ ilə bağlı açıqlama verən Mehman Qurbanlı haqqında deyilənləri inkar edib.

“Müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar, mən də onları tərbiyələndirmişəm. Uşaqları döyməmişəm, sadəcə xətkeşi masanın üzərinə vurmuşam. Uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir”, ‒ deyə o qeyd edib.

Məsələ ilə bağlı 316 nömrəli tam orta məktəbdən bildirilib ki, riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb.

Məlum olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər pedaqoqları da qane etmir. Araşdırma zamanı müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub.

Həmin uşaqların valideynləri ilə məktəbdə görüş keçiriləcək. Məktəb rəhbərliyi qeyd olunan sinfə nəzarəti artıracaq. Həmçinin psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb.

Tıxacda 2 yük maşınının arasında qalan bacı-qardaşın ölümü ilə bağlı dəhşətli detallar - Baku TV

Tıxacda 2 yük maşınının arasında qalan bacı-qardaşın ölümü ilə bağlı dəhşətli detallar - Baku TV

Hadisə
11 sentyabr 2026 519 baxış
Ananın qolları olmayan körpədən imtina səbəbi bu imiş | "O nə insandır, nə də ana..." - Baku TV

Ananın qolları olmayan körpədən imtina səbəbi bu imiş | "O nə insandır, nə də ana..." - Baku TV

Hadisə
11 sentyabr 2026 519 baxış
Ağdərədə dəhşətli mina partlayışı baş verdi - Baku TV CANLI

Ağdərədə dəhşətli mina partlayışı baş verdi - Baku TV CANLI

Hadisə
11 sentyabr 2026 519 baxış
Qara dənizdə baş verən hücumda Azərbaycan vətəndaşları arasında itkilər var - Baku TV CANLI

Qara dənizdə baş verən hücumda Azərbaycan vətəndaşları arasında itkilər var - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 519 baxış
Qara dənizdə dəhşətli hücum | Ölən Azərbaycan vətəndaşları barədə təcili məlumat - Baku TV CANLI

Qara dənizdə dəhşətli hücum | Ölən Azərbaycan vətəndaşları barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 519 baxış
Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI

Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 519 baxış
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı | Baş Prokurorluqdan məlumat - Baku TV CANLI

“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı | Baş Prokurorluqdan məlumat - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 519 baxış
“İndiyədək belə hadisə baş verməmişdi”| “Şəki yaylası”ndakı faciəvi ölüm barədə yeni detallar

“İndiyədək belə hadisə baş verməmişdi”| “Şəki yaylası”ndakı faciəvi ölüm barədə yeni detallar

Hadisə
10 sentyabr 2026 519 baxış
Kafeni yandıran şəxsin məhkəməsi | Xəsarət alan zərərçəkənlər gördükləri dəhşəti anlatdı - Baku TV

Kafeni yandıran şəxsin məhkəməsi | Xəsarət alan zərərçəkənlər gördükləri dəhşəti anlatdı - Baku TV

Hadisə
10 sentyabr 2026 519 baxış
Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV

Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV

Hadisə
10 sentyabr 2026 519 baxış
Seçilmişlər
icon