Pleyeri seçin:
Qızının yanına qonaq gedən ana sağdır? | Qəzaya düşən qadının əri danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları”nın qəzaya uğrayan təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.
Bu barədə B.İgidov “İzvestiya”ya açıqlamasında deyib.
“Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. O, Bakıdan uçurdu, mən dünən öyrənmişdim, səhər təyyarəyə minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Başqa heç nə bilmirik”, – deyə o qeyd edib.
Bəşir İgidovun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızının yanına qonaq gedirmiş.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub.
Kopyalandı
