Qobudakı dəhşətli qətli törədən şəxs hadisəni anbaan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
2021 ci il aprelin 4-ü saat 18:00 radələrində Abşeron rayon, Qobu qəsəbə polis bölməsinə gələn qəsəbə sakini Nurlan Sultanov keçmiş həyat yoldaşı Kəmalə Sultanovanı qətlə yetirdiyini etiraf edərək cinayət zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil verib.
Qeydə alınan hadisə ilə bağlı yaradılan əməliyyat istintaq qrupu göstərilən yerə – Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 45 ünvanına gələrkən ilkin baxışla Kəmalə Sultanovanın çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyini müəyyən edib.
Hadisə Kəmaləni övladlığa götürmüş əmisinin arvadı Qızxanıma məxsus və mərhumun da 3 uşağı ilə birgə yaşadığı evin yaxınlığında törədilib.
Qeyd edək ki, Nurlanla Kəmalənin 2012-ci ildən 2021-ci ilədək rəsmi nigahları olub. Bu nigahdan olan 3 övladları boşanmadan sonra məhkəmənin qərarı ilə Kəmalənin himayəsinə verilib.
Nurlanın iddiasına görə, tərəflər arasında mütəmadi narazılıqların əsas səbəbi Kəmalənin uşaqlara laqeydliyi olub. Buna görə dəfələrlə ona iradını bildirsə də, qarşı tərəf cavabında “Uşaqlar mənimdir, özum bilərəm, sən kimsən?!” cavabını verib.
Hadisə baş verən gün Nurlan Kəmalənin yaşadığı evin qonşuluğunda təmir işləri görürmüş. Təsadüfən qarşısına çıxan uşaqlarını yenidən qayğısız görəndə bundan hiddətlənir. Bir qədər sonra evinə gələn Qızxanımı görüb uşaqlarla bağlı ona iradını bildirir və mübahisələri başlayır. Bu ərəfədə işdən gələn Kəmalə də mübahisəyə qoşulur. Tərəflərin mübahisəsi bundan sonra daha da qızışır. Nurlan qadınların onun ünvanına dediyi söyüşlərdən hiddətlənərək keçmiş həyat yoldaşının üzərinə cumur. Qonşular qarşısını almaq istəsələr də, buna nail ola bilmirlər.
Anasının qan içində olmasını görən uşaqlar atasına yalvarmağa başlayır. Bu an Kəmalənin özü də Nurlandan aman istəyir.
Nurlan evinə gələrək törətdiyi cinayəti anasına bildirir və qardaşından onu Qobu qəsəbəsindəki polis bölməsinə aparmağı xahiş edir.
Qeyd edək ki, Kəmalə Sultanovanın meyitinin ekspertizası zamanı onun bədəninin müxtəlif nahiyələrində 24 bıçaq xəsarəti aşkarlanıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Nurlan Sultanov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#Qobu qəsəbəsi teqi istifadə olunub
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - 24 SAAT
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
- Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI
