Qohumlar arasındakı mübahisə qətllə sonlandı: Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə baxış iclası olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilsə də, o, psixoloji sarsıntı keçirdiyindən bundan imtina edib.
Bununla belə, P.Xudaverdiyev hadisənin söyüşə görə baş verdiyini deyərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Hakim onun istintaqa verdiyi ifadəsini proses iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, qətl 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı, 53 yaşlı Cavanşir Abdullayevin “Revolver” markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub. İstintaq araşdırması zamanı hadisənin qohumlar arasında mübahisələr zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı "Mərdəkanlı Amin"kimi tanınan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
