Qonşular səsə gəldi, qardaş görün nə etdi | Bakıda qorxunc hadisə - Baku TV
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Yeni Suraxanı qəsəbəsi, Elnur Şahbazov küçəsində qeydə alınıb.
Məlumata görə, 36 yaşlı Rafael Qurbanov özünə xəsarət yetirmək istəyib. Bu zaman 32 yaşlı bacısı Sura Qurbanova ona mane olmağa çalışıb. Əsəblərini cilovlaya bilməyən Rafael Qurbanov bacısına bıçaqla kürək və qarın nahiyəsindən xəsarət yetirib.
Səs-küyə qonşular gələrək Sura Qurbanovanı ərazidən uzaqlaşdırıblar və ona evdə ilkin tibbi yardım göstərməyə çalışıblar. Daha sonra Rafael Qurbanov həmin bıçaqla özünə də xəsarət yetirib.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Hazırda onların xəstəxanada müalicəsi davam etdirilir.
Qonşuların verdiyi məlumata görə, Rafael Qurbanov bir müddət əvvəl xəstəxanadan çıxıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi və bununla bağlı reabilitasiya mərkəzində müalicə aldığı bildirilir. Yaxın vaxtlarda reabilitasiya mərkəzindən çıxan şəxsin yenidən narkotik istifadəsinə başladığı da iddia olunur.
Faktla bağlı araşdırma aparılır.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
