Pleyeri seçin:
"Boşanacaqdılar, biz barışdırdıq" | Kürdəmirdəki qandonduran hadisənin detalları
Kürdəmir rayonunun Sor-Sor kəndində qanla nəticələnən ağır ailə münaqişəsi baş verib. Kənd sakini Nizami Hüseynov həyat yoldaşı, 31 yaşlı Sara Hüseynovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı qadın təcili əməliyyat olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır. Cinayəti törətməkdə şübhəli bilinən Nizami Hüseynovun qardaşı Xəqani Hüseynov Baku TV-yə hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, cütlük bir müddət əvvəl boşanmaq üçün ərizə versə də, qohumları tərəfindən barışdırılıbmış, lakin yenidən münaqişə yaranıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Kopyalandı
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
- İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
- "Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV
- “Avropa çempionunu bu şəraitdə böyütmüşəm” | Çıxılmaz durumda qalan ailə kömək istədi - Baku TV
