Pleyeri seçin:

"Gecə terror ediblər!" - Buzovnada şoka salan hadisə | "İş başında” tutulanların ifşası - Baku TV

24 mart 2026 567 baxış

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.

Hadisə rayonun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qeydə alınıb.

Məlumata görə, gecə saatlarında iki nəfər həmin əraziyə gələrək qaya daşlarını oğurlamağa cəhd edib. Vətəndaşların ayıq-sayıqlığı nəticəsində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsinin qarşısı alınıb.

“Gecə burada terror ediblər. Tarixi abidəni pis günə qoyublar”, – deyə Buzovna sakini bildirib.

“Bura Azərbaycanın milli sərvət statuslu qoruq ərazisidir. Yəni bu ərazi Azərbaycan xalqına məxsusdur. Biz vətəndaş olaraq Vətən daşımızı qorumaq əvəzinə onu oğurlayırıq. Vallah, at oğrusu, inək oğrusu görmüşdük, qaya oğrusu görməmişdik”, – deyə digər sakin qeyd edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb.

Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ələsgər Cəfərov məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Banner
Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
09 oktyabr 2026 567 baxış
Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
09 oktyabr 2026 567 baxış
Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
09 oktyabr 2026 567 baxış
Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV

Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV

Hadisə
09 oktyabr 2026 567 baxış
Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV

Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV

Hadisə
09 oktyabr 2026 567 baxış
Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV

Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV

Hadisə
09 oktyabr 2026 567 baxış
Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI

Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI

Hadisə
08 oktyabr 2026 567 baxış
FHN-in keçirdiyi yoxlama zamanı hoteldə hansı təhlükəli hallar üzə çıxdı? - Baku TV CANLI

FHN-in keçirdiyi yoxlama zamanı hoteldə hansı təhlükəli hallar üzə çıxdı? - Baku TV CANLI

Hadisə
08 oktyabr 2026 567 baxış
Cəbrayılda mina partlayışı baş verdi | Xəsarətalan var - ANA XƏBƏR

Cəbrayılda mina partlayışı baş verdi | Xəsarətalan var - ANA XƏBƏR

Hadisə
08 oktyabr 2026 567 baxış
İşdə qanlı hesablaşma | Abşeronda direktor müavini xəstəxananın önündə bıçaqlandı - Baku TV

İşdə qanlı hesablaşma | Abşeronda direktor müavini xəstəxananın önündə bıçaqlandı - Baku TV

Hadisə
08 oktyabr 2026 567 baxış
Seçilmişlər
icon