"Hərə öz evindən kabel sallayır..." | Yanğın baş verən binanın sakinlərindən narazılıq - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun Xocalı prospektində çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Binanın şaxtasında baş verən yanğın zamanı dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Bina sakinləri hadisə ilə bağlı jurnalistlərə danışıblar.
“Hərə öz evindən kabel sallayıb maşınlarını enerji ilə yüklənməyə qoyurlar, bu zaman elektriklər gücə düşür. Baş verən yanğın da bunun nəticəsidir”, – onlardan biri söyləyib.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib ki, binadakı mənzillər tam şəkildə mühafizə olunub.
Onun sözlərinə görə, yanğın şaxta boyunca yerləşən kabellərdə müşahidə edilib. Yanğının söndürülməsi zamanı bina sakinləri tüstülənmiş zonadan təxliyə olunublar.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarətalan yoxdur və yanğın qısa müddətdə söndürülüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzin birgə yaydığı məlumata əsasən, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 3 kişi və 5 qadın olmaqla 8 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq laborator müayinələr təyin olunub.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
