"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda yerləşən evlərdən birində yanğın hadisəsi baş verib.
Məlumata görə, Andrey Starçevoy adlı şəxs yaşadığı evdə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranan yanğın zamanı həyatını itirib. Onun həyat yoldaşı isə vaxtında evdən çıxaraq xilas ola bilib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun ətrafdakı digər evlərə keçməsinin qarşısı alınıb.
Hadisə şahidinin sözlərinə görə, qadından həyat yoldaşını niyə xilas etmədiyini soruşduqda o, kişinin evdə qaldığını və onu çıxara bilmədiyini bildirib.
Ev sahibi isə bildirib ki, mərhum və həyat yoldaşı maddi çətinliklər yaşadıqlarını deyərək ondan müvəqqəti sığınacaq istəyiblər. Onun sözlərinə görə, kommunal xərcləri özləri ödəsələr də, kirayə haqqı verməyiblər.
Baş Prokurorluqdan verilən məlumata görə, dekabrın 21-i 2025-ci il tarixində Starçevoy Andrey Vladimiroviç yaşadığı Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsi, 3 ünvanında yerləşən evdə dünyasını dəyişib. Andrey Starçevoy əlil olub, bu da onun evdən çıxmasına çətinlik yaradıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
