"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində baş verən yanğın üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində qeydə alınıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qərargahının rəisi, polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın 120 kvadratmetr ərazini əhatə edib. Bina qədim tikili olduğundan əsasən taxta konstruksiyalardan ibarət olub.
İ.Nəsibov bildirib ki, yanğın zamanı binadan altı nəfər təxliyə edilib. Yaşlı sakinlərdən biri həkimə müraciət etsə də, onun həyatına təhlükə yoxdur.
Qərargah rəisinin sözlərinə görə, hadisə yerinə 12 texnika və 62 nəfər şəxsi heyət cəlb olunub, yanğın məhdudlaşdırılıb. Hadisənin başvermə səbəbi araşdırılır, nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
