Ruhi xəstəyə də ürəyi yanmadı | Buzovnada tükürpərdən qətl hər kəsi şoka saldı
2022-ci il noyabrın 29-da Bakı şəhərinin Buzovna qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
83 yaşlı Elburus Muradov evinin həyətində ölü tapılıb, həyat yoldaşı Şahirə Muradova və ruhi xəstəlikdən əziyyət çəkən oğlu Rahil Muradov isə evin içində ağır xəsarətlərlə aşkarlanıb. Hadisə yerində bıçaq, taxta dəyənək və qanlı əlcəklər tapılıb.
Məlum olub ki, hadisədən təxminən 20 gün əvvəl eyni ünvanda oğurluq baş verib, lakin cinayət açılmayıb. İstintaq hər iki cinayətin 46 yaşlı Nofəl Səfərov tərəfindən törədildiyini müəyyən edib.
O, keçmiş həyat yoldaşının anası və xalası olan Şahirə Muradovadan qisas almaq məqsədilə Buzovnaya gələrək əvvəlcə Elburus Muradovu, sonra isə Şahirə Muradovanı və Rahil Muradovu amansızlıqla döyüb və bıçaqlayıb. N.Səfərov həmçinin evə gələn 25 yaşlı Elburus Ağalarova da xəsarət yetirərək hadisə yerindən qaçıb.
Məhkəmə-tibbi ekspertizaya görə, qurbanlar beyin travması və daxili qanaxma nəticəsində həyatlarını itiriblər. Rahil Muradov həmin gün xəstəxanada, Şahirə Muradova isə iki gün sonra həyatını itirib.
Məhkəmədə təqsirini inkar edən Nofəl Səfərovun günahı istintaq zamanı verdiyi etirafları, şahid ifadələri və maddi sübutlarla təsdiqlənib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin yeddi maddəsi ilə təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.
#Buzovna teqi istifadə olunub
- Buzovnada sakinlərin kabusuna çevrilən sahibsiz itlər - Baku TV CANLI
- "Heç bir kənddə bu qədər it yoxdur" | Buzovna sakinləri ayağa qalxdı - Baku TV
- Baxımsız vəziyyətdə olan keçid Buzovna sakinlərini təngə gətirdi - Baku TV
- "Ev yiyəsi deyib ki..." | Bağ evində səs-küy salanlar sakinləri bezdirdi | "Hər gün biri gəlir"
- "Gecə terror ediblər!" - Buzovnada şoka salan hadisə | "İş başında” tutulanların ifşası - Baku TV
