Pleyeri seçin:
Rusiyada qocalar evində yanğın
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 24-ü gecə saatlarında Rusiyanın Kemerovo şəhərində fərdi yaşayış binasında yerləşən qocalar evində yanğın baş verib.
Rusiya mətbuatında verilən məlumatda bildirilir ki, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.
Məlumata görə, 2 mərtəbəli ev taxta materialdan inşa edildiyindən alov çox sürətlə yayılıb və tamamilə yanıb. İlkin məlumata görə, yanğına səbəb soba ilə düzgün rəftar edilməməsi olub. Hüquq-mühafizə orqanları bildiriblər ki, qocalar evinin sahibi Andrey Smirnovdur. O, xeyriyyə məqsədilə kimsəsiz, yaşlı insanları orada saxlayıb, yataq və gündə 3 dəfə yeməklə təmin edirdi.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
