Sabiq nazir Səlim Müslümovun əmlakları müsadirə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə həmin cəzanın 5 il sınaq müddəti olmaqla şərti hesab edilməsi barədə qərar verilib. Qərara əsasən, həmçinin sabiq nazirin əmlakları müsadirə ediləcək.
Qeyd edək ki, prokuror Səlim Müslümov barəsində şərti məhkumetmə maddəsinin tətbiqini, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi.
Xatırladaq ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində problemlər yarandığı üçün ev dustaqlığına buraxılıb.
Sabiq nazirin rüşvət alma yolu ilə 14 milyon manata yaxın, mənimsəmə yolu ilə 8 milyon manata yaxın, israf etmə yolu ilə 8 milyon manat vəsaiti mənimsədiyi üzə çıxıb. Bundan sonra Səlim Müslümova məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə yeni mənzillər verildi - Baku TV
- Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
