Pleyeri seçin:
Salyanda ər və arvadın qətlə yetirildiyi yerdən görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.
Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Məlumata görə, İ.Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş.
Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı, kənddə yaşayırlarmış.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Salyan rayonu teqi istifadə olunub
- Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV
- Ələt–Astara yolunda baş verən qəza ölümlə nəticələnib - Baku TV
- "Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV
- Salyanda qeyri-sabit hava fermerlərin məhsul və təsərrüfatlarına ziyan vurub - Baku TV
- 10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkiblər, yardımdan imtina ediblər" - Baku TV
