Salyanda maşın oğurladı, digər əməlləri də ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.
Belə ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.
Aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
#Salyan rayonu teqi istifadə olunub
- Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV
- Ələt–Astara yolunda baş verən qəza ölümlə nəticələnib - Baku TV
- "Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV
- Salyanda qeyri-sabit hava fermerlərin məhsul və təsərrüfatlarına ziyan vurub - Baku TV
- 10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkiblər, yardımdan imtina ediblər" - Baku TV
