Səbaildə məktəbdə insident yaşandı | Hadisənin təfərrüatı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 4-ü günorta saat 12:10 radələrində Səbail rayonunda yerləşən 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə kəsici alətlə xəsarət yetirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Bəşarət Məmmədovun sözlərinə görə, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib:
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
