Şəkidə avtoxuliqanlıq edən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxsi yol polisi əməkdaşları saxlayıb və maşın müvəqqəti dayanacağa yerləşdirilib.
Elmir Hacıyev barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, Elmir Hacıyev son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
