Pleyeri seçin:
Şəkidə az qala ailə faciəsi yaşanacaqdı: yaralanan ata hadisə anından danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə sərxoş vəziyyətdə olan 42 yaşlı kişi doğma ata-anasına bıçaqla xəsarət yetirib.
Hadisə axşam saatlarında rayonunun Cəfərabad kəndində baş verib.
Kənd sakini Yaşar Əhmədov atası 69 yaşlı Səfər Əhmədov və 64 yaşlı Gülşən Əhmədovaya bıçaqla bir-neçə dəfə xəsarət yetirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Yaşar Əhmədov saxlanılıb.
Məlumata görə, həyat yoldaşından ayrılan Yaşar Əhmədov hadisə baş verən anda içkili olub. Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Kopyalandı
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
