Şəkidə faciə | Qızılca daha bir can aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 5-dən 6-na keçən gecə Şəkinin Sarıca kənd sakini, 6 yaşlı Yusif Məmişov müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
Azyaşlının yaxınlarının şifahi olaraq dediyinə görə, Yusif və 3 yaşlı qardaşı Əlidə bir həftə əvvəl öskürək, yüksək hərarət, halsızlıq və tərləmə əlamətləri olub. Hər iki uşaqla bağlı yanvarın 3-də Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib.
Xəstəxanaya daxil olarkən Yusifin vəziyyəti ağır olub. O, Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Yanvarın 5-də isə vəziyyəti ağırlaşıb.
Xəstəxanadan bildirilib ki, pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, Yusif yanvarın 6-sı saat 05:50 radələrində ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib.
Yusifin 3 yaşlı qardaşına gəlincə isə Əli də əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Lakin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıb yenidən Təcili yardım bölməsinə gətiriblər. Oradan isə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.
Valideynlərinin qeyd etdiyinə görə, hər iki uşaqda allergiya olduğundan və bir neçə dəfə müalicə aldıqlarına görə qızılcaya qarşı peyvənd olunmayıblar.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
