Pleyeri seçin:
Şəkidə sakinlər niyə qəsdən yanğın törətdiklərini etiraf etdilər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkinin Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla həmin şəxslərin rayon sakinləri – 48 yaşlı Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib.
Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Kopyalandı
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
