Pleyeri seçin:

Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

22 iyun 2026 293 baxış

Qaradağ rayonunda yerləşən XV əsrə aid qədim Səngəçal karvansarası bir zamanlar tacirlərin və səyyahların dayanacaq məntəqəsi olub. Son illərə qədər isə ictimai iaşə obyekti kimi fəaliyyət göstərib.

Məlumata görə, bir sıra şəxslər tərəfindən karvansaranın üzərindəki qədim yazıların və tamğaların üzəri qum və sement məhlulu ilə örtülərək abidəyə ciddi ziyan vurulub.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Fariz Hüseynli Baku TV-yə açıqlamasında bildirib ki, hadisə barədə məlumat daxil olan kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

“Araşdırma zamanı müəyyən olunub ki, abidənin üzərindəki tarixi yazı və tamğaların səthi qum və sement məhlulu ilə örtülərək zədələnib. Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən materiallar təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür”.

Banner
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 293 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 293 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 293 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 293 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 293 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 293 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 293 baxış
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 293 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 293 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 293 baxış
Seçilmişlər
icon