Sumqayıtda baş verən dəhşətli qəzanın təfərrüatları məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət almasına səbəb olan ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Belə ki, şəhərin Sülh prospektində sürət yarışı keçirən 21 yaşlı Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 65 yaşlı Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobilin yol kənarına aşması səbəbindən nəqliyyat vasitəsində olan 22 yaşlı İntiqam Paşayev də həyatını itirib. Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli, Ceyhun Əliyev isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Yarışda iştirak edən və 23 yaşlı Şahmar Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
