Pleyeri seçin:

Sumqayıtda məşhur məşqçinin törətdiyi qətllə bağlı yeni detallar | Şahid danışdı

09 may 2024 404 baxış

Sumqayıtda məşq zamanı təhlükəli fənd işlədərək 7 yaşlı Fərid Bakarovun həyatına son qoyan məşqçi Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub.

İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.

Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib.

Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib. Mehman da öz növbəsində ona istədiyi metamfetaminin əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur.

Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib. Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan 7 yaşlı Fəridi qəsdən öldürüb.

Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb. Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb.

Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib. Mehman isə buna etiraz edib.

İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub.

Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib. Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb.

Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb.

Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.

Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkar edilib. Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

"İki ay əvvəl işığı, qazı özüm çəkmişdim" | Tərtərdə ər və arvadın ölümü ilə bitən dəhşətli hadisə

Hadisə
06 avqust 2026 404 baxış
Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Bakıdakı məşhur ticarət mərkəzində tükürpərdən anlar yaşandı - Baku TV

Hadisə
06 avqust 2026 404 baxış
Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Nərimanovda yanğın olan ərazidə son vəziyyət

Hadisə
06 avqust 2026 404 baxış
Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Qubada avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə
06 avqust 2026 404 baxış
Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
06 avqust 2026 404 baxış
FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

FHN-dən məsciddə baş verən qorxulu yanğınla bağlı vacib məlumat - Baku TV CANLI

Hadisə
06 avqust 2026 404 baxış
Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
06 avqust 2026 404 baxış
Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 404 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 404 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 404 baxış
Seçilmişlər
icon