Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa və Xankəndidə məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə ataraq ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, onlara məlumatverici yaddaş vərəqələri paylanılır.
"Sanitariya-gigiyena qaydaları ilə bağlı vətəndaşların ən çox səfər etdikləri Şuşa və Xankəndi şəhərlərində avqust ayı ərzində ümumilikdə 46 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin məişət tullantıları və tütün məmulatlarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyətə cəlb olunub.
Qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri davam etdirilir. Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır", – məlumatda qeyd olunub.
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
