Tələbəsini qorumaq istədi, özü isə... | Bakıdakı dəhşətli davanın detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Fərid İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsini döydüyü üçün qarşı tərəfə iradını bildirib. Həmin şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb, daha sonra onu bıçaqlayıb. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, oktyabrın 21-i üç nəfər şəxs müxtəlif diaqnozlarla Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib:
“Hər üç şəxsə ilkin tibbi yardım göstərilib. 24 yaşlı qadın cinsli şəxs və 28 yaşlı kişi cinsli şəxs ambulator müalicə üçün evə buraxılıb. 30 yaşlı kişi cinsli şəxsin isə müalicəsi davam etdirilir”.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
