Türkiyədə zəlzələ : binalar çökdü, çoxlu sayda ölü var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 7,4 maqnitudalı dəhşətli zəlzələ meydana gəlib. Hadisənin mərkəzi Kahramanmaraş şəhəridir.
İlkin məlumata görə, Osmaniyədə 34, Şanlıurfada 20, Adanada 3 hündürmərtəbəli binanın tamamilə çökdüyü bildirilib. Analoji hadisə nəticəsində Diyarbakırda da dağıntılar var. Dəhşətli zəlzələnin xeyli sayda insanın həyatına son verdiyi bildirilib.
Digər şəhərlərdə də ciddi fəsadların olduğu qeyd olunur. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Həmçinin zəlzələdən ciddi şəkildə zərər çəkən şəhərlər arasında Hatay, Qaziantep, Malatya və Adıyaman da var. Türkiyəli mütəxəssislər zəlzələnin daha güclü formada təkrarlana biləcəyini ehtimal edirlər.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
