Pleyeri seçin:
Ucarda ailə faciəsi | İki qardaş eyni gündə dünyasını dəyişdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda ailə faciəsi yaşanıb. İki qardaş eyni gündə vəfat edib.
Hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 61 yaşlı Suliddin Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni eşidən mərhumun qardaşı, 67 yaşlı Aydın Həsənov da yaşadığı evdə dünyasını dəyişib.
“Əmim oğlunun ürəyində problem var idi. Gəldi, yanımızdan keçdi. Həmin vaxt dedilər ki, Aydın da rəhmətə getdi. “İndi yanımızdan keçdi, necə yəni rəhmətə getdi?!” dedim. İki tabut eyni gündə bu qapıdan çıxdı”, – deyə mərhumun qohumu Vaqif Cəfərov söyləyib.
Kopyalandı
#Alpout kəndi teqi istifadə olunub
- “Ölüm ayağındayıq, ağlayırıq” | Sakinlər fəryad edir | "Şikayəti elə bil daşa deyirik" - Baku TV
- Ucarda həyətləri və zirzəmiləri su basdı - Baku TV
- "Qorxuram ki, gəlib nəvələrimə..." | Ucarda canavarlar kənd sakinlərinə dəhşət yaşatdı - Baku TV
- Yenidənqurma işləri aparılan yollarda hansı dəyişikliklər edilir?
- Prezident İlham Əliyev yolların təmiri ilə bağlı sərəncam imzaladı
