Ucarda canavar sürüsü kəndə hücum etdi | Kənd sakini hadisədən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarın Qazyan kəndində canavar sürüsü kənd sakini Kifayət Babayevanın təsərrüfatındakı 23 baş xırdabuynuzlu heyvandan səkkizini tələf edib, 15-ni isə ağır yaralayıb.
Ev sahibinin sözlərinə görə, heyvanlar həyət sahəsində nəzarətsiz qalıb. Nəticədə, yırtıcılar fermerə ümumilikdə 8 min manata yaxın ziyan vurub.
Kənd sakinləri bildirirlər ki, son vaxtlar ərazidə canavarların sayı artıb və onlar tez-tez kənd ətrafında sürü halında görünürlər. Bu isə əhali arasında ciddi narahatlıq yaradıb.
Hazırda sakinlər aidiyyəti qurumlardan təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər.
Məsələ ilə bağlı Ucar Heyvan Sağlamlığı Baytarlıq Xidmətindən bildirilib ki, əraziyə baxış keçirilib, 8 baş xırdabuynuzlu heyvanın öldüyü, 15 baş heyvanın isə yaralandığı müəyyən edilib. Ölən heyvanların cəsədləri basdırılıb. Tövlələr və heyvanların basdırıldığı ərazi dezinfeksiya olunub. Yaralı heyvanlara baytarlıq yardımı göstərilərək nəzarətə götürülüb.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
