Pleyeri seçin:
Ucarda külək fəsadlar törədib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. Ağaclar aşıb, elektrik təsərrüfatına xeyli ziyan dəyib.
Rayon sakini, 66 yaşlı Ənvər Məmmədov xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bundan başqa, rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın dam örtüyünü qoparıb və nəticədə o, yüngül xəsarət alıb.
Qeyd edək ki, Ucar şəhərinə elektrik enerjisinin verilişi dayandırılıb. Yollarda istər avtomobillərin, istərsə də piyadaların hərəkəti çətinləşib. Rayonda küləyin və yağışın yaratdığı fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası səfərbər olunub, zəruri işlər həyata keçrilir.
Kopyalandı
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
