"Üzə çıxdı ki..." | Ana uşağın davranışlarından şübhələndi, analizin nəticəsi şoka saldı - Baku TV
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, bir həftə əvvəl bağçaya gəlməyə başlayan uşağın davranışlarında müəyyən dəyişikliklər müşahidə olunub. Valideyn bununla bağlı həkimə müraciət edib və uşaqdan analizlər götürülüb. Nəticələrdə uşağın qanında psixotrop maddələrin olduğu müəyyənləşib.
Bundan sonra valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını istəyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 98 saylı bağçada azyaşlının qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
İddiaların doğruluğu aparılan araşdırmalardan sonra məlum olacaq.
#Yasamal teqi istifadə olunub
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
- Hər yer su içində, sakinlər çətin vəziyyətdə | Yasamalda nə baş verib? - Baku TV
- Balıqların tələf olması ilə bağlı diqqətçəkən səbəblər - Baku TV CANLI
- Yasamaldakı su hövzəsində balıqların kütləvi ölümünün səbəbləri nələrdir? - Baku TV
