Pleyeri seçin:
Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov ikinci dəfə saxlanıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
“Report” bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.
Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Bildirilib ki, həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.
Xatırladaq ki, Yusif Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
