Xətai rayonunda dəhşətə gətirən qətl | Hadisə yerindən anbaan görüntülər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
İlkin məlumata görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində yerləşən yaşayış binasının zirzəmisində qeydə alınıb.
Belə ki, 39 yaşlı Sabir Camalov ilə 35 yaşlı Orxan Yusubov arasında yaranan mübahisə qanla nəticələnib.
İddialara görə, Sabir Camalov mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Orxan Yusubova çoxsaylı xəsarətlər yetirib. Hadisəni törətdikdən sonra şübhəli şəxs ərazidən qaçıb.
Yaralı aldığı xəsarətlərə baxmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. O, yaxınlıqdakı avtomobilin üzərinə yıxılıb. Hadisə şahidləri dərhal təcili tibbi yardım briqadasını çağırıblar. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Orxan Yusubov hadisə yerində həyatını itirib.
Cinayəti törətməkdə şübhəli bilinən Sabir Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
