Xətaidə qandonduran hadisənin detalları | Binanın komendantı hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki binalardan birində dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, aralarında yaranan mübahisə zamanı 37 yaşlı Raidə Mahmudova həyat yoldaşı 38 yaşlı Hacı Mahmudovun başına küt alətlə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Binanın komendantı Cəfər Məmmədovun sözlərinə görə, ailə ilə bağlı heç vaxt şikayət eşitməyib:
“Mehriban, sakit insanlar idilər. İl yarımdır ki, burada yaşayırdılar. İki azyaşlı övladları var. Dindar ailə idilər, xanım da hicablıdır”.
Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
