Xətaidə yanan binadan anbaan görüntülər | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, M.Hadi küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m. sahədə taxta tullantıları və 8 p.m. elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsi deformasiya edib.
Mənzillər yanğından mühafizə olunub.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
