Xəzərdə itkin düşən balıqçılar barədə ürəkdağlayan xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada dənizdə itkin düşən iki balıqçının axtarışları hazırda genişləndirilmiş şəkildə davam etdirilir.
Hadisə rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri Ağadədə Həsənov və Turan Həsənov dünən səhər tezdən balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar. Günorta saatlarında onlarla son dəfə telefon əlaqəsi saxlanılıb. Amma hava küləkli olduğundan deyilənlər tam eşidilməyib. Axşam saatlarında evə qayıtmadıqları üçün aidiyyəti qurumlara məlumat verilib.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidmətinin sahil mühafizə gəmiləri, eləcə də balıqçıların dörd nəfərdən ibarət yaxın qohumları cəlb olunub.
Hazırkı məqama qədər itkin düşən balıqçılarla bağlı hər hansı məlumat əldə olunmayıb, axtarışlar davam etdirilir.
Qeyd edək ki, A.Həsənov 5 gün əvvəl ata olub, T.Həsənov isə 20 gün əvvəl ailə həyatı qurub.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
