Xəzərin sahilində nə baş verir? | Balıq axını təhlükə yarada bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə Xəzər dənizinin sahilinə kütləvi balıq axınlarının olması ilə bağlı videogörüntülər paylaşılıb.
Balıqların Bakı buxtasına kütləvi axınını sakinlər müxtəlif səbəblərlə əsaslandırsalar da, professor Mehman Axundov deyir ki, narahatlığa heç bir əsas yoxdur və bu proses tam təbii haldır:
“Bu, çoxalma və kürü tökmədir. Balıqlar adətən kürü tökmə mövsümü olan may-iyun aylarında sahilə yaxınlaşır. Bakı buxtasında isə suyun həcmi az dəyişiləndir. Burada daha sakit su həcmi müşahidə olunur və balıqların çoxalması üçün çox münbit şərait yaranır”.
Professor onu da vurğulayıb ki, bir müddət sonra temperaturun yüksəlməsi balıqların sahildə toplaşmasına təhlükə yarada bilər. Adətən Hövsan, Qum adası sahillərində yay mövsümündə balıqların kütləvi tələf olması müşahidə edilir.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
