Xırdalanda çoxmərtəbəli binada dəhşətli yanğın | Hadisə yerindən görüntülər- Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində onbeşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub. Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV
- "31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
