Pleyeri seçin:
Xırdalanda dəhşətli yanğın | FHN hadisə yerində
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 13 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan restoranın tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.
Kopyalandı
#Yanğın hadisəsi teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- "Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
